Göyçay rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon məktəbliləri, şəhid övladları, qazilər, müharibə veteranları və rayon rəhbərliyi iştirak edib.
Bayram münasibətilə uşaqlar üçün konsert proqramı təşkil edilib və süfrə açılıb.
Çıxış edənlər bildirib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Vurğulanıb ki, hazırda xoşbəxt və firavat həyat yaşayan azərbaycanlı uşaqlar gələcəyə inamla addımlayır.
Sonda ATİAHİ Göyçay rayon komitəsi tərəfindən bütün uşaqlara, o cümlədən şəhid övladlarına hədiyyələr verilib.