Göyçayda şəhid və qazilərin uşaqlarına hədiyyələr paylanılıb

 
Göyçay rayonunun Məhəmməd Füzuli adına 6 №-li məktəbinin 8 və 9-cu sinif şagirdləri arasında bilik yarışması keçirilib.
ATİAHİ Göyçay rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbir 28 May – Müstəqillik Gününə həsr olunub.
Qalib komandaların mükafatlandırma mərasimində çıxış edən rayon komitəsinin sədri Talihə Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, xalqımızın taleyində rolundan, gördüyü işlərdən bəhs edib. 
Sonda qaliblərə Fəxri fərman və hədiyyələr təqdim olunub. 
Qeyd edək ki, rayon komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid və qazi övladları ziyarət olunub, onlara hədiyyələr paylanılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo