Göyçayda şəhid ailəsi ziyarət olunub
ATİAHİ Göyçay rayon komitəsinin sədri Talihə Cəfərova Vətən müharibəsi şəhidi Elnur Əliyevin ailəsini ziyarət edib.
Şəhidin anası, Göyçay şəhər 7 №li məktəbin müəllimi Tahirə Əliyeva oğlu ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Elnur uşaqlıqdan Vətənə bağlı bir oğul idi, torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi: “O uşaqlıqdan ibadətlə məşğul olurdu, zərərli vərdişlərdən uzaq idi. Müharibədə böyük qəhrəmanlıqlar göstərib, buna görə də dövlətimizin başçısı tərəfindən medallarla mükafatlandırılıb. Biz Elnurla fəxr edirik. O, bizim qəlbimizdə daim yaşayacaq”.
Sonra şəhid anası qonaqları Elnurun otağı ilə tanış edib, şəkillərə, medallara baxılıb, anasına yazdığı son məktubu oxuyublar.
Rayon komitəsi tərəfindən şəhidin ailəsinə sovqat və başqa hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo