ATİAHİ Göyçay rayon komitəsi bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə şəhid ailələrinə baş çəkir, qayğıları ilə maraqlanır.
Ramazan bayramı münasibətilə də rayon komitəsinin sədri Talihə Cəfərova 44 günlük Vətən müharibəsində şəhid olmuş rayonun təhsil işçilərinin ailələrini ziyarət edib, problemlərini dinləyib. Həmçinin şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib, bayram sovqatı verilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıq və təşəkkür edib.
T.Cəfərova şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirb və vurğulayıb ki, məhz onların qəhrəmanlıqları sayəsində bu gün müzəffər xalq kimi yaşayırıq. Həmçinin qeyd edib ki, şəhid ailələri bizim qürurumuz və fəxrimizdir, onlara ölkəmizdə ən ali səviyyədə münasibət bəslənilir və hər zaman belə də olacaq.