ATİAHİ Göyçay rayon komitəsi və Göyçay Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilb
Martın 5-də ATİAHİ Göyçay rayon komitəsi və Göyçay Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilb.
 
 
Tədbirdə çıxış edən Göyçay Rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır: “Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır”.  
 
 
ATİAHİ Göyçay rayon komitəsinin sədri Talihə Cəfərova çıxış edərək qeyd edib ki, qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir: “Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir”.
 
 
Sonda həmkarlar ittifaqlarının fəalı olan bir qrup qadın üzvlərə hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo